Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A.Tağıyeva/
İordaniya ordusu may ayında irimiqyaslı hərbi təlimlərə başlayacaq. Trend-in məlumatına görə, bu barədə İordaniyanın PETRA informasiya agentliyi xəbər verib.
Məlumata görə, hərbi təlimlərdə 17 ölkənin iştirak edəcəyi gözlənilir.
İordaniya Silahlı Qüvvələri Baş Qərargah rəisi Məşəl Məhəmmədin verdiyi açıqlamaya görə, hərbi təlimlərin əsas məqsədi ordunun terror təhlükəsi və ölkəyə qarşı yönələ biləcək hər hansı təhdidə qarşı döyüş təcrübəsinin artırılmasıdır.
Hərbi təlimlərdə iştirak edəcək digər ölkələrin adları açıqlanmır.