...

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb, Saakaşvilinin çıxışı gözlənilir

Siyasət Materials 7 Mart 2012 12:08 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası çərşənbə günü öz işinə başlayıb.
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb, Saakaşvilinin çıxışı gözlənilir

Azərbaycan, Bakı, 7 mart / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası çərşənbə günü öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasın açılışında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, iclas zamanı Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili çıxış edəcək.

Onun sözlərinə görə, hazırda Gürcüstan Prezidenti sədr Oqtay Əsədovla görüş keçirir.

Milli Məclisin bugünkü iclasında insan hüquqları üzrə müvəkkilin (ombudsman) illik məruzəsi dinləniləcək.

Parlamentin iclasında həmçinin "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsi, Cinayət Məcəlləsinə, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişikliklər, Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər müzakirəyə çıxarılacaq.

Milli Məclisin iclasında Azərbaycanın Litva, Rusiya, ABŞ, İsrail, Bolqarıstanla imzaladığı hökumətlərarası sazişlərin ratifikasiya olunması gözlənilir.

İclasda, həmçinin "Azərbaycan gömrük orqanlarının tanınma nişanı haqqında" və "Azərbaycan gömrük orqanlarının bayrağı haqqında" qanunların ləğv edilməsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti