...

Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondunda olublar (FOTO)

Siyasət Materials 12 Mart 2012 20:40 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç bazaar ertəsi Heydər Əliyev Fondunda olublar.
Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondunda olublar (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç bazaar ertəsi Heydər Əliyev Fondunda olublar.

Xorvatiya dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif social-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Prezident İvo Yosipoviç və xanımı ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar. Fondla tanışlıq zamanı qonaqlara məlumat verilib ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar.

Prezident İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıblar.

Qonaqlara Fondun xatirə hədiyyəsi təqdim olunub.

Sonda Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.

Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.

Xəbər lenti

Xəbər lenti