...

Qırğızıstan Prezidenti Azərbaycana ilk dəfə rəsmi səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Mart 2012 16:49 (UTC +04:00)
Qırğızıstan Prezidenti Almazbek Atambayev martın 30-31-də Azərbaycana ilk dəfə rəsmi səfər edəcək.
Qırğızıstan Prezidenti Azərbaycana ilk dəfə rəsmi səfər edəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 14:55-də yayılıb)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir S.Ağayeva/

Qırğızıstan Prezidenti Almazbek Atambayev martın 30-31-də Azərbaycana ilk dəfə rəsmi səfər edəcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Qırğızıstandakı səfirliyinin mətbuat attaşesi İlkin Abbasəliyev bildirib.

Onun sözlərinə görə, səfər zamanı Qırğızıstan Prezidenti Azərbaycan rəhbərliyi və hökuməti ilə bir sıra görüşlər keçirəcək, Milli Məclisdə çıxış edəcək.

Səfər çərçivəsində iqtisadi və humanitar sahələri əhatə edəcək əməkdaşlıq haqqında sənədlər paketinin imzalanması gözlənilir.

Prezident Atambayev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə rəsmi səfərə gəlir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı KirTAQ dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

Səfər zamanı iki ölkə rəhbərinin ikitərəfli münasibətlərin yaxşılaşdırılması haqqında birgə bəyanat verəcəyi gözlənilir.

Həmçinin, ikiqat vergitutmadan, yəni iki ölkə arasında gəlir və kapital vergisinə yol verməmək haqqında müqavilə imzalanacaq.

"Vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanacaq, Qırğızıstan və Azərbaycan arasında fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir", - KirTAQ xəbər verir.

Gözlənilir ki, prezidentlərin görüşü zamanı Bakıda Qırğızıstan səfirliyinin açılması haqqında məsələ qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti