...

Ermənistanın atom elektrik stansiyasının vəkalətli idarəsi haqqında müqavilə ləğv edilib

Siyasət Materials 29 Mart 2012 19:19 (UTC +04:00)
Rusiyanın "Интер РАО ЕЭС" şirkəti və Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyi Ermənistanın atom elektrik stansiyasının vəkalətli idarə edilməsi üzrə müqavilənin ləğv edilməsi haqqında saziş imzalayıblar.
Ermənistanın atom elektrik stansiyasının vəkalətli idarəsi haqqında müqavilə ləğv edilib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Rusiyanın "Интер РАО ЕЭС" şirkəti və Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyi Ermənistanın atom elektrik stansiyasının vəkalətli idarə edilməsi üzrə müqavilənin ləğv edilməsi haqqında saziş imzalayıblar.

Müqavilə vaxtından əvvəl ləğv edilib, çünki Rusiya şirkəti AES-in borclarının nizama salınması üzrə, o cümlədən yanacağın tədarükü üçün öhdəliklərini tam yerinə yetirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "İnterfaks" şirkətdəki mənbəyə istinadən xəbər verib.

Agentliyin məlumatına əsasən, 2003-cü ilin noyabrında imzalanan müqavilə 5 il müddətinə nəzərdə tutulmuşdu, lakin sonradan 2013-cü ilin sentyabrınadək uzadılıb.

Xəbər lenti

Xəbər lenti