...

Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarını təbrik edib

Siyasət Materials 3 Aprel 2012 13:21 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovu iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibəti ilə təbrik edib.
Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir E.Tariverdiyeva /

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovu iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibəti ilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

"Ölkələrimiz və xalqlarımız üçün əlamətdar olan tarix - Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibəti ilə səmimi təbrikimi qəbul edin", - məktubda deyilir.

Bildirilir ki, qısa tarixi müddət ərzində əməkdaşlığın təməlinin möhkəmlənməsi və ikitərəfli münasibətlərin dolğun məzmun kəsb etməsi üçün böyük birgə işlər görülüb. Onun uğurunu liderlərin müdrikliyi və iki ölkənin sadə vətəndaşlarının səyləri təmin edir.

"Bu gün Rusiya və Azərbaycan siyasi, iqtisadi-sosial, humanitar və başqa sahələrdə zəngin dialoq aparan və regional və beynəlxalq formatlarda uğurla qarşılıqlı fəaliyyət göstərən strateji tərəfdaşlardır", - məktubda deyilir.

Nazirin sözlərinə görə, bu geniş tərəfdaşlıq Xəzərdə və Cənubi Qafqazda stabilliyin, sülhün və təhlükəsizliyin əsas amilinə çevrilib.

"Məmnuniyyətlə qeyd edirəm ki, 1992-ci ildən 2012-ci ilədək olan dövrdə imzalanan ikitərəfli Rusiya-Azərbaycan sənədləri toplusunun buraxılışını yubiley tarixinə həsr etmişik. Bu iyirmi il ərzində yaradılan müqavilə-hüquq bazası gələcəyə istiqamətlənib. Onlar gələcəkdə ən müxtəlif sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin tükənməz potensialının aşkara çıxmasına əlverişli şərait yaradacaq", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti