Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
Trend-in məlumatına görə, Rusiyanın xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri düzüb.
Nazir Şəhidlər xiyabanını ziyarət edib, "Əbədi məşəl" kompleksi önünə əklil qoyub.
Qeyd edək ki, Lavrovun bu gündən Azərbaycana rəsmi səfəri başlayıb.