...

TürkPA və Avropa Parlamenti arasında əlaqələrin inkişafı müzakirə olunub

Siyasət Materials 4 Aprel 2012 15:35 (UTC +04:00)
TürkPA-nın baş katibi Ramil Həsənov çərşənbə günü Avropa Parlamenti Parlament Demokratiyasının İnkişafı Ofisinin direktoru (OPPD) Dik Toornstranla iki qurum arasında əlaqələrin inkişafını müzakirə edib.
TürkPA və Avropa Parlamenti arasında əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

TürkPA-nın baş katibi Ramil Həsənov çərşənbə günü Avropa Parlamenti Parlament Demokratiyasının İnkişafı Ofisinin direktoru (OPPD) Dik Toornstranla iki qurum arasında əlaqələrin inkişafını müzakirə edib. Bu barədə Trend-ə TürkPA Katibliyindən bildiriblər.

Avronest Parlament Assambleyasının 2-ci növbəti sessiyasında iştirak etmək üçün Azərbaycana səfər etmiş Toornstranla görüşdə baş katib beynəlxalq əməkdaşlıq sahəsində TürkPA-nın fəaliyyəti haqqında geniş məlumat verib və təşkilatın bir çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini qeyd edib. Bu baxımdan, görüşdə TürkPA-nın Avropa Parlamenti ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb.

TürkPA üzv ölkələrində demokratiyanın inkişafının parlament diplomatiyası əlaqələrinin də inkişafına zəmin yaratdığı, parlament və ənənəvi diplomatiyanın birgə fəaliyyətinin regional və qlobal təhlükəsizliyin təmin edilməsinə əlverişli şərait yaratdığı qeyd edilib.

Görüşdə TürkPA ilə Avropa Parlamenti arasındakı münasibətlərdən hər iki tərəfin məmnun olduğu ifadə edilib. Təşkilatlar arasında imzalanmış qarşılıqlı təcrübə mübadiləsi proqramına dair sazişin TürkPA ilə OPPD arasındakı əməkdaşlıqda yeni mərhələyə yol açdığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti