...

Milli Məclis Avstraliyada Azərbaycan səfirliyinin təsis edilməsini müzakirə edəcək

Siyasət Materials 4 Aprel 2012 16:15 (UTC +04:00)
Milli Məclisin aprelin 6-da keçiriləcək iclasında Avstraliyanın paytaxtı Kanberra şəhərində Azərbaycan səfirliyinin təsis olunması müzakirəyə çıxarılacaq.
Milli Məclis Avstraliyada Azərbaycan səfirliyinin təsis edilməsini müzakirə edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin aprelin 6-da keçiriləcək iclasında Avstraliyanın paytaxtı Kanberra şəhərində Azərbaycan səfirliyinin təsis olunması müzakirəyə çıxarılacaq.

Bu barədə Trend-ə çərşənbə günü Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasda, həmçininn Hesablama Palatasının hesabatı dinləniləcək.

İclasın gündəliyinə daxil edilən digər 6 məsələ İsa Nəcəfovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi, Serbiya Respubikasında avtomobil magistralının tikintisi ilə bağlı kredit sazişinin təsdiq edilməsi, "Yol hərəkəti haqqında" qanunvericiliyə dəyişiklik edilməsi, Mülki Məcəlləyə dəyişikliklər edilməsi, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi və "Mədəniyyət haqqında" qanun layihəsidir.

Xəbər lenti

Xəbər lenti