...

İraqda Azərbaycan səfirliyinin açılması təklif olunub

Siyasət Materials 6 Aprel 2012 12:47 (UTC +04:00)
Azərbaycanın millət vəkili Qənirə Paşayeva Milli Məclisin cümə günü keçirilən iclasında İraqda Azərbaycanın səfirliyinin açılması təklifini irəli sürüb.
İraqda Azərbaycan səfirliyinin açılması təklif olunub

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Milli Məclisin cümə günü keçirilən iclasında İraqda Azərbaycanın səfirliyinin açılması təklifini irəli sürüb.

Trend-in məlumatına görə, Paşayeva bildirib ki, İraq-Azərbaycan parlamentlərarası işçi qrupunun görüşündə iraqlı deputatlar bu məsələni qaldırıblar və öz həllini tapmasında azərbaycanlı deputatlardan yardımçı olmağı xahiş ediblər.

"Hazırda Azərbaycanda İraqın səfirliyi fəaliyyət göstərir, İraqda isə Azərbaycan səfirliyi yoxdur. Lakin nəzərə almaq lazımdır ki, İraqda 3 milyon türkmən kökənli insan yaşayır və onların dili Azərbaycan dili ilə, demək olar ki, eynilik təşkil edir", - deputat deyib.

Paşayeva bildirib ki, Bağdadda səfirliyin təsis olunması iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti