...

İlham Əliyev Praqanın Vitkov Milli Memorialını ziyarət edib (FOTO)

Siyasət Materials 6 Aprel 2012 19:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Çexiya Respublikasına dövlət səfəri çərçivəsində Praqanın Vitkov Milli Memorialını ziyarət edib.
İlham Əliyev Praqanın Vitkov Milli Memorialını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Çexiya Respublikasına dövlət səfəri çərçivəsində Praqanın Vitkov Milli Memorialını ziyarət edib.

Praqanın qədim hissəsində yerləşən Vitkov Milli Memorialı 1929-1938-ci illərdə inşa olunub. Şəhərin ən hündür nöqtəsi olan bu təpədə 1420-ci ildə ağır döyüşdə qalib gələn sərkərdə Yan Jijkanın abidəsi qoyulub.

Azərbaycanın və Çexiyanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Sonra Azərbaycan dövlətinin başçısı Vitkov Milli Memorialı Muzeyinin xatirə kitabını imzalayıb.

Muzeylə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, bu memorial Çexiyanın qəhrəmanlıq tarixini əks etdirir. Ölkə tarixinin ən şanlı hadisələri bu memorialda əks olunub. Çex xalqının azadlıq mübarizəsi bu muzeyin ekspozisiyasının əsas hissəsini təşkil edir. Burada azadlıq hərəkatının önündə gedən çex ziyalıların xatirəsi dərin ehtiramla yad olunur, onların həyat və fəaliyyəti haqqında buraya gələnlərə ətraflı məlumat verilir.

Ekspozisiyaya, həmçinin müxtəlif sənədlər, tarixi anları əks etdirən qiymətli fotolar və digər zəngin eksponatlar daxilib. İldə on minlərlə turist bu muzeyə gəlir və çex xalqının milli mübarizə tarixi haqqında ətraflı məlumat əldə edir.

Xəbər lenti

Xəbər lenti