...

Azərbaycan Parlamentinin komitə sədri MDB PA komissiyasının iclasında iştirak edəcək

Siyasət Materials 7 Aprel 2012 14:09 (UTC +04:00)
Arif Rəhimzadə MDB PA-nın Sosial məsələlər və insan hüquqları komissiyasının iclasında iştirak etmək üçün aprelin 9-dan 13-dək Sankt-Peterburqda səfərdə olacaq.
Azərbaycan Parlamentinin komitə sədri MDB PA komissiyasının iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB PA-nın Sosial məsələlər və insan hüquqları komissiyasının iclasında iştirak etmək üçün aprelin 9-dan 13-dək Sankt-Peterburqda səfərdə olacaq.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə quruma üzv ölkələrdə komissiyanın təklif etdiyi model qanunların istifadəsi haqqında məlumat dinləniləcək, MDB Parlament Assambleyası çərçivəsində gənclər parlamentinin yaradılması, üzv ölkələrdə gənclər siyasəti haqqında qanunların təkmilləşdirilməsi və digər məsələlər müzakirə ediləcək.

Deputatımız tədbirdə müzakirə olunan məsələlərə münasibət bildirəcək.

Xəbər lenti

Xəbər lenti