...

Avropa İttifaqı "Cənub dəhlizi"nin tez bir zamanda açılmasını istəyir

Siyasət Materials 11 Aprel 2012 11:01 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Cənub Dəhlizinin mümkün qədər tez bir zamanda açılmasını istəyir.
Avropa İttifaqı "Cənub dəhlizi"nin tez bir zamanda açılmasını istəyir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı (Aİ) "Cənub dəhlizi"nin mümkün qədər tez bir zamanda açılmasını istəyir.

"Biz dəhlizin tikilməsində hər hansı bir gecikmənin olmasını istəmirik", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ronald Kobia deyib.

Onun sözlərinə görə, bu məsələdə Aİ və Azərbaycan bir-birini çox gözəl anlayır, çünki hər iki tərəf qaz sahəsinə əməkdaşlığı mümkün qədər çox genişləndirmək istəyir.

"Hər iki tərəf ən iddialı və strateji dəhlizə malik olmaq niyyətindədir", - Kobia deyib.

Xəbər lenti

Xəbər lenti