Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir S.Ağayeva/
Litvanın Baş naziri Andrius Kubilius iyunun əvvəlində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə çərşənbə günü Trend-ə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas bildirib.
Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ilin yekunları üzrə Azərbaycan və Litva arasında mal dövriyyəsi 25,04 milyon dollar təşkil edib.