...

Seymur Orucov: Azərbaycan gəncliyi müxalifətin mövqeyini qəbul etmir

Siyasət Materials 11 Aprel 2012 16:13 (UTC +04:00)
Azərbaycan gəncliyi müxalifət partiyalarının mövqeyini qəbul etmir və onları dəstəkləmir.
Seymur Orucov: Azərbaycan gəncliyi müxalifətin mövqeyini qəbul etmir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan gəncliyi müxalifət partiyalarının mövqeyini qəbul etmir və onları dəstəkləmir. Bu fikirləri hakim partiyanın saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

"Çünki müxalifət partiyaları gənclərimizə düzgün yol göstərmək imkanında deyillər. Gənclərimiz dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində aparılan siyasəti dəstəkləyir", - Orucov qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.

"Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir", - Orucov deyib.

O vurğulayıb ki, dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir.

"Belə bir halda onlar müxalifətin ölkəmizdə sabitliyi pozmağa yönəlmiş zərərli fəaliyyətini heç bir halda qəbul etmirlər. Nəzər salsaq görərik ki, müxalifət partiyalarında gənclər yox səviyyəsindədir. Həm 17 mart, həm də 8 aprel mitinqləri bu faktı bir daha təsdiqlədi", - Gənclər Birliyinin sədri deyib.

O qeyd edib ki, AXCP, Müsavat kimi partiyaların gənclərdən çirkin məqsədlər üçün istifadə etməsi yolverilməzdir.

Onun sözlərinə görə, məhz gənc nəsil tutduqları sağlam mövqeləri ilə müxalifət düşərgəsinin layiqli cavabını verir.

Xəbər lenti

Xəbər lenti