...

YAP Gənclər Birliyi cənub regionu üzrə zona müşavirəsi keçirib (FOTO)

Siyasət Materials 15 Aprel 2012 13:57 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi cənub regionu üzrə zona müşavirəsi keçirib
YAP Gənclər Birliyi cənub regionu üzrə zona müşavirəsi keçirib (FOTO)

Azərbaycan, Bakı, 15 aprel / Trend müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi cənub regionu üzrə zona müşavirəsi keçirib. Bu barədə Trend-ə YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

Aprelin 13-də tədbir Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüşlə başladı. Sonra Heydər Əliyev İdarəçilik Mərkəzində region gəncləri ilə görüşdə region gənclərinin ictimai-siyasi və İKT sahəsində fəaliyyəti müzakirə olundu.

İkigünlük müşavirə çərçivəsində "Dövlət gənclər siyasətinin əsas aspektləri və gənclərin fəaliyyət istiqamətləri", "Sağlam gənclik, sağlam gələcək deməkdir" , "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı region gənclərinin fikir və təklifləri" mövzularında diskussiyalar təşkil olunub.

Müşavirə çərçivəsində həmçinin Milli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı intellektual yarış və gənclər arasında idman yarışı da keçirilib.

Xəbər lenti

Xəbər lenti