...

İran Prezidenti Xəzərdən mərkəzi şəhərlərə su kanalının çəkilişi layihəsinin açılışında iştirak edib

Siyasət Materials 16 Aprel 2012 09:40 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər ölkənin Mazandaran əyalətinə səfər edib.
İran Prezidenti Xəzərdən mərkəzi şəhərlərə su kanalının çəkilişi layihəsinin açılışında iştirak edib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər ölkənin Mazandaran əyalətinə səfər edib.

Səfərin məqsədi Xəzər dənizindən quraq zonalarda yerləşən mərkəzi şəhərlərə, xüsusilə Simnan, Yəzd, Kirman ostanına su kanalının çəkilməsi üzrə layihənin təməlqoyma mərasimində iştirak etməkdir. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Layihə 500 milyon kubmetr suyun mərkəzi şəhərlərə ötürülməsini nəzərdə tutur. Məlumata əsasən, layihənin icrası üçün 10 milyard dollara yaxın sərmayə yatırılması planlaşdırılır.

Layihəyə əsasən, ilk növbədə Xəzərin suyunun şirinləşdirilməsi məqsədi ilə istehsal gücü 200 milyon kubmetr olan zavod tikiləcək. Daha sonra boru kəməri vasitəsi ilə Xəzər suyunun şirinləşdirilərək Simnan, Qum, İsfahan əyalətlərinə ötürülməsi nəzərdə tutulur.

Məlumata əsasən, layihə çərçivəsində su elektrik stansiyasının tikilməsi, suyun şirinləşdirilməsi üçün zavodun inşası, su nasos stansiyaları, elektrik enerjisi ötürücüsü xətləri, su ötürücü borular və suyun saxlanması rezervuarlarının tikilməsi nəzərdə tutulub.

Layihənin icrasını İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") tikinti işləri ilə məşğul olan Xatəmul-Ənbiya Qərargahı öhdəsinə götürüb.

Xəbər lenti

Xəbər lenti