...

Azərbaycan və Türkiyənin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Siyasət Materials 20 Aprel 2012 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend, müxbir A.Tağıyeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Əhməd Davudoğlu Brüsseldə ISAF iclası çərçivəsində keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Posta" qəzeti yazır.

"Görüşdə biz regiondakı vəziyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Biz bir çox məsələlərdə ümumi baxışlara malikik. Görüş uğurlu keçdi", - Davudoğlu türkiyəli jurnalistlərə deyib.

Xəbər lenti

Xəbər lenti