...

Klinton Türkiyə sərhədində Suriya müxalifətinə yardım mərkəzi yaratmağı təklif edib

Siyasət Materials 21 Aprel 2012 11:46 (UTC +04:00)
ABŞ Dövlət katibi Hillari Klinton Türkiyə sərhədində Suriya müxalifətinə yardım mərkəzi yaratmağı təklif edib. Mərkəzdə digər ölkələrdən daxil olan humanitar yardım paylanacaq. Bu barədə şənbə günü Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir
Klinton Türkiyə sərhədində Suriya müxalifətinə yardım mərkəzi yaratmağı təklif edib

Azərbaycan, Bakı, 21 aprel/Trend, müxbir A. Tağıyeva/

ABŞ Dövlət katibi Hillari Klinton Türkiyə sərhədində Suriya müxalifətinə yardım mərkəzi yaratmağı təklif edib. Mərkəzdə digər ölkələrdən daxil olan humanitar yardım paylanacaq. Bu barədə şənbə günü Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Dövlət katibi suriya ordusunun Türkiyə sərhədini pozmasını qınayıb və qeyd edib ki, belə insidentlər təkrar baş verəcəyi təqdirdə NATO müdaxilə edə bilər. Belə ki, Türkiyə alyansın üzvləridir.

"NATO üzv dövlətlərinin sərhədlərinin pozulması və bu ölkənin təhlükəsizliyi qorxusu qəbuledilməzdir" , - o deyib.

Xəbər lenti

Xəbər lenti