...

Azərbaycan ilə İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi müzakirə olunub

Siyasət Materials 23 Aprel 2012 15:56 (UTC +04:00)
Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüş keçirib.
Azərbaycan ilə İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi müzakirə olunub

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüş keçirib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Liberman ölkəmizin iqtisadi inkişafının göz önündə olduğunu qeyd edərək, iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı Azərbaycan ilə İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi də qeyd olunub. İsrailli rəsmi ölkəmizi BMT TŞ-də görməkdən məmnun olduğunu vurğulayaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Nazir Elmar Məmmədyarov israilli həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli prosesi istiqamətində atılan addımlar barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti