...

Əli Əhmədov: Kolumbiya Senatının Xocalı soyqırımını tanıması bu prosesin başlanğıcıdır

Siyasət Materials 24 Aprel 2012 12:22 (UTC +04:00)
Kolumbiya Senatının Xocalı soyqırımını tanıması bu prosesin başlanğıcıdır.Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov: Kolumbiya Senatının Xocalı soyqırımını tanıması bu prosesin başlanğıcıdır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Kolumbiya Senatının Xocalı soyqırımını tanıması bu prosesin başlanğıcıdır.Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"Kolumbiya Senatının Xocalı soyqırımını tanımasını müsbət qiymətləndiririk. İstənilən haqsızlığa qarşı bəşəriyyət, ayrı-ayrı xalqlar öz haqq səslərini ucaltmalıdırlar. Məmnunluqla qeyd edim ki, artıq Xocalı soyqırımı ilə əlaqədar dünyanın bir çox ölkələrində müvafiq sənədlər qəbul olunur. Düşünürəm ki, bu, hələ başlanğıcdır", - Əhmədov bildirib.

YAP funksioneri bunun ardınca digər ölkələrdə də belə qətnamələrin qəbul olunacağına inandığını deyib.

"Amma eyni zamanda Azərbaycan cəmiyyəti və bütövlükdə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə səylərini artırmalıdır. Əgər yalan və böhtan üzərində qurulan hər hansı ideologiya yüz il ərzində yaşayıbsa və onu yaşada biliblərsə, o zaman həqiqətən yaxın bir zamanda baş vermiş faciənin dünya ictimaiyyəti tərəfindən əsl faciə kimi qəbul olunmaması yolverilməz hal olardı. Artıq bəşəriyyət bu reallığı dərk edir və bunun əyani sübutu Kolumbiya Senatının qəbul etdiyi qərardır", - Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti