...

Elmar Məmmədyarov Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb

Siyasət Materials 26 Aprel 2012 10:33 (UTC +04:00)
Böyük Britaniyada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb.
Elmar Məmmədyarov Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir S.Ağayeva/

Böyük Britaniyada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı nazir britaniyalı parlamentarilərə Azərbaycanda gedən dövlət quruculuğu prosesi və ölkəmizin Avropa məkanı üçün geostrateji əhəmiyyəti haqqında məlumat verib.

Bununla yanaşı, Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizin iştirakı ilə reallaşdırılmış irimiqyaslı enerji layihələrindən söz açan nazir Məmmədyarov, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin doğurduğu nəticələr, münaqişənin həlli istiqamətində aparılan sülh danışıqları barəsində qonaqlara məlumat verib.

Məmmədyarov həmçinin Azərbaycanın xarici siyasətinin uğurlarına toxunub, Böyük Britaniya ilə ölkəmiz arasında bütün sahələrdə dərinləşən münasibətləri vurğulayıb. Bundan əlavə, nazir Azərbaycanın Əfqanıstanda sabitliyin bərpası və inkişafına verdiyi töhfələri də qonaqların diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti