...

Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri ilə görüşüb

Siyasət Materials 26 Aprel 2012 16:19 (UTC +04:00)
Böyük Britaniyada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 26-da bu ölkənin Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqtonla görüşüb.
Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri ilə görüşüb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Böyük Britaniyada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 26-da bu ölkənin Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqtonla görüşüb.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etdiyi məmnunluqla vurğulanıb və bu əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında rolu, Azərbaycan və Böyük Britaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına toxunulub və ölkəmizin Avropaya inteqrasiyası prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər iki ölkə arasındakı münasibətlərin gələcəkdə müxtəlif sahələr üzrə daha da dərinləşəcəyinə ümidvar olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti