...

Saakaşvili prezident vəzifəsini Abxaziya və Cənubi Osetiya ilə dəyişməyə hazırdır

Siyasət Materials 26 Aprel 2012 20:42 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanın Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın nəzarətinə qaytaracağı təqdirdə, istefaya getməyə hazırdır.
Saakaşvili prezident vəzifəsini Abxaziya və Cənubi Osetiya ilə dəyişməyə hazırdır

Gürcüstan, Tbilisi, 26 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanın Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın nəzarətinə qaytaracağı təqdirdə, istefaya getməyə hazırdır.

Trend-in məlumatına görə, Gürcüstan Prezidenti cümə axşamı bəyan edib ki, bunun üçün planetin istənilən nöqtəsinə getməyə və belə sazişi rəsmiləşdirməyə hazırdır.

"Mən istefaya getməyə hazıram, lakin bir şərtim var - Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın nəzarətinə, heç olmasa, beynəlxalq nəzarət altına qaytarılması", - Saakaşvili deyib.

Gürcüstan Prezidenti Rusiya dövlət başçısı Dmitri Medvedevin "Saakaşvili sıfırdır və o, gec-tez siyasi arenadan gedəcək" bəyanatını şərh edərkən belə deyib.

"Onlar mənim siyasətdən getməyimi və Gürcüstana işğalla barışacaq və Abxaziya və Cənubi Osetiyadan imtina edəcək hakimiyyəti gətirməyi istəyirlər", - Saakaşvili bildirib.

Prezident vurğulayıb ki, Gürcüstan Rusiya liderləri üçün "qorxulu yuxu"dur. "Onlar bizə oxşamağa və islahatlar keçirməyə çalışırlar. Lakin onlar orada işləmirlər və işləyə də bilməzlər. Çünki onlar ancaq oxşamağa çalışırlar, lakin islahatlarımızı nə təkrar edə, nə də üstələyə bilirlər", - Saakaşvili deyib.

Xəbər lenti

Xəbər lenti