...

Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq əlaqələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Siyasət Materials 27 Aprel 2012 13:34 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq əlaqələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən təşkil olunmuş konfrans Dərbənd şəhərinin 5 min illiyinə həsr olunub. Konfransda Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun, o cümlədən Türkiyənin nüfuzlu alimləri iştirak edir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov konfransın əhəmiyyətini qeyd edib. O, Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin yüksək olduğunu qeyd edib.

Tədbirdə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Dərbəndin 5 min illiyinin Azərbaycanda qeyd olunmasının böyük əhəmiyyəti var.

"Dərbəndin özəlliyi ondan ibarətdir ki, Azərbaycan xalqı ilə Qafqaz xalqlarını, Dağıstanı birləşdirən bir əmanətdir. Dərbənd Azərbaycan xalqının ulu babaları ilə Dağıstan xalqlarının ulu babalarını birləşdirən bir əmanət kimi yaşayır", - Mahmudov deyib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyev Dağıstanın tarixinə xüsusi önəm verirdi, həmişə Dağıstanla əlaqələri, o cümlədən iqtisadi və humanitar əlaqələri daim ön planda saxlayırdı.

"Bu gün çox xoşdur ki, Azərbaycan Prezidenti o ənənələri davam etdirir, Dağıstanla əlaqələrə xüsusi əhəmiyyət verir", - Mahmudov deyib.

Xəbər lenti

Xəbər lenti