...

Abdullah Gül: Uydurma "erməni soyqırımı"ndan siyasi qazanc məqsədilə istifadə olunur

Siyasət Materials 27 Aprel 2012 15:36 (UTC +04:00)
Erməni lobbisinin ildən-ilə təbliğ etdiyi uydurma "erməni soyqırımı" bəzi qüvvələr tərəfindən siyasi qazanc məqsədilə istifadə olunur.
Abdullah Gül: Uydurma "erməni soyqırımı"ndan siyasi qazanc məqsədilə istifadə olunur

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Tağıyeva/

Erməni lobbisinin ildən-ilə təbliğ etdiyi uydurma "erməni soyqırımı" bəzi qüvvələr tərəfindən siyasi qazanc məqsədilə istifadə olunur. Bunu Türkiyə Prezidenti Abdullah Gül bildirib. Bu barədə Trend cümə günü TRT Haber telekanalına istinadən məlumat verir.

"Bəzi ölkələrin parlamentləri bununla bağlı ədalətsiz qərar qəbul edir və bununla da Türkiyəyə zərbə vurmağa çalışırlar", - Gül deyib.

Prezident bir daha Ermənistanı və erməni lobbisini 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmağa çağırıb. Erməni tərəfinin bu hadisələrin araşdırılmasından imtina etməsi ermənilərin bütün iddialarının həqiqət olmadığının göstəricisidir.

Xəbər lenti

Xəbər lenti