...

Pan Gi Mun: BMT Azərbaycanın ölkənin çiçəklənən və demokratik gələcəyi quruculuğunda səylərini dəstəkləyir

Siyasət Materials 4 May 2012 10:11 (UTC +04:00)
Birləşmiş Millətlər "əvvəlki kimi ölkə əhalisi üçün çiçəklənən və demokratik gələcək quruculuğunda Azərbaycanın səylərini dəstəkləyəcək".
Pan Gi Mun: BMT Azərbaycanın ölkənin çiçəklənən və demokratik gələcəyi quruculuğunda səylərini dəstəkləyir

Azərbaycan, Bakı, 4 may /Trend/

Birləşmiş Millətlər "əvvəlki kimi ölkə əhalisi üçün çiçəklənən və demokratik gələcək quruculuğunda Azərbaycanın səylərini dəstəkləyəcək". Bunu BMT-nin baş katibi Pan Gi Mun bəyan edib.

Cümə axşamı Nyu-Yorkda respublikanın BMT-yə daxil olmasının 20 illiyi münasibətilə keçirilən rəsmi qəbulda baş katib Azərbaycan hökumətini və xalqını bu tarix, eləcə də TŞ-yə sədrliyə başlaması münasibətilə təbrik edib. Trend-in məlumatına görə, xəbəri İTASR-TASS yayıb.

Onun sözlərinə görə, Azərbaycan sivilizasiyalar alyansının fəal üzvüdür, ölkə məsələlərin ən geniş dairəsində, yəni postmünaqişə quruculuğundan davamlı inkişafadək BMT sisteminin müəssisə və fondları ilə əməkdaşlıq edir. Baş katib əlavə edib ki, 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq birliyin sülhün və təhlükəsizliyin dəstəklənməsi üzrə səylərinin mərkəzindədir.

Pan Gi Mun bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən TŞ-nin "Terror aktlarının doğurduğu beynəlxalq sülh və təhlükəsizlik təhdidləri" adlı açıq iclasının aktuallığını qeyd edib. O xatırladıb ki, iyunda Baş Assambleya üçüncü dəfə BMT-nin qlobal əks-terror strategiyasının icmalını aparacaq.

Xəbər lenti

Xəbər lenti