...

Bakıda Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri müzakirə edilib

Siyasət Materials 7 May 2012 19:27 (UTC +04:00)
Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Vladimir Putinin inauqurasiyasına həsr edilmiş Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri müzakirə edilib.
Bakıda Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Vladimir Putinin inauqurasiyasına həsr edilmiş Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri müzakirə edilib.

Trend-in məlumatına görə, "dəyirmi masa"nın açılışında politoloq Fikrət Sadıxov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşması Vladimir Putinin adı ilə sıx bağlıdır. "Putinin birinci dəfə hakimiyyətə gəlişi ilə iki ölkə arasında münasibətlər yeni səviyyəyə yüksəldi", - Sadıxov deyib.

Onun sözlərinə görə, hazırda Rusiya Azərbaycanın etibarlı tərəfdaşıdır.

Milli Məclisin deputatı Asim Mollazadə müzakirələrin gedişində Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinə toxunub. Onun sözlərinə görə, bir çox halda Azərbaycan və Rusiyanın mövqeləri, "Rusiyanın Ermənistanla hərbi tərəfdaşlığı istisna olmaqla", üst-üstə düşəcək. Buna rəğmən, millət vəkili hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə Ermənistana təzyiq göstərəcək.

Mollazadə onu da bildirib ki, gələcəkdə Azərbaycan-Rusiya əməkdaşlığı təkcə iqtisadi və enerji sahələrində deyil, mədəniyyət sahəsində də genişlənməlidir.

Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva deyib ki, 2001-ci ildə Putinin Rusiya Prezidenti kimi Azərbaycana səfəri ilə iki ölkənin münasibətlərində, xüsusən humanitar sahədə yeni səhifə açıldı. O ümid etdiyini bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması üçün potensialından istifadə edəcək.

Milli Məclisin millət vəkili Elmira Axundova müzakirələr zamanı bildirib ki, Vladimir Putin Azərbaycanın problemini bilən siyasətçi, öz xalqına sülh istəyən insandır. O, Putinin idarəçiliyi dövründə Rusiyanın nüfuzlu dövlət statusunu təsdiq etməsini və sülh və təhlükəsizlik məsələləri ilə bağlı qərarların qəbul edilməsində onunla daha çox hesablaşmalarını arzu edib. Buna baxmayaraq, Putinin son məqaləsinə istinad edən Axundova qeyd edib ki, onu bu məqalədə Azərbaycanla əməkdaşlığın perspektivləri haqqında fikirlərin olmaması narahat edir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov çıxışında diqqəti Qəbələ RLS məsələsinə yönəldib. Onun sözlərinə görə, mövcud məsələ hər iki tərəfin iqtisadi və digər maraqları nəzərə alınmaqla həll edilməlidir. O, həmçinin qeyd edib ki, iki ölkənin enerji sahəsində kəsişən maraqları var.

Xəbər lenti

Xəbər lenti