...

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib

Siyasət Materials 8 May 2012 21:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nı "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 212-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın 4.6-cı bəndində "prokurorluq orqanlarının" sözlərindən sonra "əməliyyatçıları," sözü əlavə edilsin.

Xəbər lenti

Xəbər lenti