...

İran "altılıq"la danışıqlar günü kosmosa casus peyk buraxacaq

Siyasət Materials 15 May 2012 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

İran mayın 23-də kosmosa "Fəcr" kəşfiyyat peykini buraxmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə İranın Aviasiya Kosmik Sənaye Təşkilatının direktoru Mehdi Fərəhiyə istinadən MEHR agentliyi xəbər verib.

Qeyd edək ki, elə həmin gün Bağdadda Tehranla beynəlxalq vasitəçilərin "altılığ"ı arasında İranın nüvə proqramı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılıb.

"Fəcr" Günəş enerjisi ilə qidalanacaq. Plana görə, onu orbitə "Səfir-1" modernləşdirilmiş raket daşıyıcısı çıxaracaq.

Xəbər lenti

Xəbər lenti