...

Polşa XİN-in rəhbərinin Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb

Siyasət Materials 21 May 2012 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend, müxbir S.Ağayeva /

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb.

Səfər iyulun 17-18-də baş tutacaq. Bu barədə Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Diplomatik missiyadan qeyd olunub ki, yalnız Bakıya ediləcək səfər rəsmi xarakter daşıyır.

Səfərin gedişində ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsinin müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti