...

Azərbaycan regionun ən təhlükəsiz ölkələrindən biridir - İnterpolun baş katibi

Siyasət Materials 24 May 2012 02:56 (UTC +04:00)
Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir və ölkənin vətəndaşları və qonaqları bununla fəxr etməlidirlər.
Azərbaycan regionun ən təhlükəsiz ölkələrindən biridir - İnterpolun baş katibi

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir V. Javoronkova/

Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir və ölkənin vətəndaşları və qonaqları bununla fəxr etməlidirlər. Trend-in məlumatına görə, bunu Azərbaycanın media nümayəndələrinə müsahibəsində İnterpolun baş katibi Ronald Nobl deyib.

"Mən Azərbaycana 2003-cü ildən gəlirəm və ölkənin Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edirəm", - Nobl bildirib.

Onun sözlərinə görə, "Eurovision" müsabiqəsindən 8-9 ay əvvəl İnterpol Azərbaycanın Daxili İşlər Nazirliyi ilə birgə müsabiqədə təhlükəsizliyin təmin olması sahəsində işləməyə başlayıb.

"Mən sizə demək istəyirəm ki, burada çox böyük təhlükəsizlik tədbirləri görülüb və Azərbaycanla İnterpol arasında əməkdaşlıq yüksək səviyyədədir", - baş katib deyib.

Nobl qeyd edib ki, ölkəyə daxil olan hər bir xarici vətəndaşın şəxsiyyəti məlumat bazası ilə müəyyən edilir və buna görə Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir. Vətəndaşlar və qonaqlar özlərini rahat hiss edə bilərlər.

O hesab edir ki, beynəlxalq və regional səviyyədə ölkəyə daxil olan xarici vətəndaşların şəxsiyyətinin müəyyən edilməsi müasir dünyadakı təhlükələrə qarşı vacib amildir.

"Bu məsələdə Azərbaycan xarici vətəndaşların sənədlərinin etibarlılığını, onların İnterpol tərəfindən axtarışda olub-olmamasını yoxlamaq məqsədi ilə ən müasir avadanlıqdan istifadə edir", - Nobl deyib.

Baş katib bildirib ki, təhlükəsizliklə bağlı müasir avadanlığın tətbiq edilməsi sahəsində Azərbaycan birincilər sırasındadır.

Xəbər lenti

Xəbər lenti