...

Kayrat Mami: Azərbaycan və Qazaxıstan Xəzər regionunda əsas tərəfdaş ölkədir

Siyasət Materials 7 İyun 2012 15:01 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan Xəzər regionunda əsas tərəfdaş ölkədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Bakıya səfərə gələn Qazaxıstan Senatının sədri Kayrat Mami bildirib.
Kayrat Mami: Azərbaycan və Qazaxıstan Xəzər regionunda əsas tərəfdaş ölkədir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Qazaxıstan Xəzər regionunda əsas tərəfdaş ölkədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Bakıya səfərə gələn Qazaxıstan Senatının sədri Kayrat Mami bildirib.

Mami qeyd edib ki, iki ölkə arasında çox yaxşı əlaqələr var və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri intensivləşməlidir.

"Azərbaycan və Qazaxıstan rəsmilərinin qarşılıqlı səfərləri iki ölkə arasına əlaqələrin daha da güclü olmasına səbəb ola bilər", - Mami əlavə edib.

Onun sözlərinə görə, xüsusilə, parlamentlər arasında əlaqələr iki ölkənin münasibətlərində əsas rol oynayır.

"Biz çalışmalıyıq ki, hər iki ölkənin parlamentləri dövlətlər arasında əlaqələrin inkşafı üçün qanunlar qəbul etsin və mövcud qanunları təkmilləşdirsinlər", - Mami açıqlamasında deyib.

Qazaxıstan Senatının sədri Kayrat Mami cümə axşamı Azərbaycana rəsmi səfərə gəlib.

Senatın sədri iyunun 9-dək davam edəcək səfəri çərçivəsində Milli Məclisin spikeri Oqtay Əsədov və Baş nazir Artur Rasizadə ilə görüşəcək.

Görüşlərdə ikitərəfli, eləcə də çoxtərəfli formatda qarşılıqlı fəaliyyət məsələlərinin, həmçinin Qazaxıstan-Azərbaycan əməkdaşlığının müqavilə-hüquq bazasının genişləndirilməsinin müzakirəsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti