...

Hindistan səfiri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim edib

Siyasət Materials 14 İyun 2012 19:20 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Vinod Kumarı qəbul edib.
Hindistan səfiri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim edib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Vinod Kumarı qəbul edib.

XİN-in mətbuat ximdətindən cümə axşamı Trend-ə verilən məlumata görə, etimadnamələrinin surətini Məmmədyarova təqdim edən Kumar ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib və Azərbaycanın inkişafından təəssüratlandığını bildirib.

Nazir iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Səfir iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün bütün səyləri ilə çalışacağını qeyd edib.

Görüşün sonunda Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə hindistanlı diplomatı təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti