...

İlham Əliyev keçmiş Prezidentin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununun tətbiqi ilə bağlı fərman imzalayıb

Siyasət Materials 21 İyun 2012 10:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.
İlham Əliyev keçmiş Prezidentin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununun tətbiqi ilə bağlı fərman imzalayıb

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, Nazirlər Kabineti Konstitusiya Qanununun 10.2.2-ci maddəsində nəzərdə tutulmuş təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabat formasının nümunəsini üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin.

Fərmanla müəyyən edilib ki, "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanununun 10.1.1-ci maddəsində göstərilən şəxslər və 10.1.2-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ayrılır. Həmin qanunun 10.2.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulur.

Fərmanda digər normativ hüquqi aktların Konstitusiya qanununa uyğunlaşdırılması barədə Nazirlər Kabinetinə, mərkəzi icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti