...

Azərbaycanda iyul ayında yağıntılar qeyri-bərabər paylanacaq, bəzi günlərdə temperatur 40-42 dərəcə olacaq

Siyasət Materials 1 İyul 2012 13:19 (UTC +04:00)
İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.
Azərbaycanda iyul ayında yağıntılar qeyri-bərabər paylanacaq, bəzi günlərdə temperatur 40-42 dərəcə olacaq

Azərbaycan, Bakı, 1 iyul /Trend/

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aylıq yağıntının miqdarının əksər rayonlarda normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 37-40 dərəcəyədək yüksələcək.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 17-22, gündüzlər 31-36 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Temperatur gecələr 12-17, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 31-36 dərəcəyədək yüksələcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 37-41 dərəcəyədək yüksələcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 15-20, gündüzlər 27-32 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 34-38 dərəcəyədək yüksələcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 20-25, gündüzlər 31-36 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 39-42 dərəcəyədək yüksələcək.

Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 19-24, gündüzlər 28-33 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək.

Xəbər lenti

Xəbər lenti