...

İlham Əliyev Kubanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 13 İyul 2012 13:16 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
İlham Əliyev Kubanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı səfir Marselo Kaballero Torresin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Kuba arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini dedi və səfirin əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycan ilə Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin razılıq doğurduğu vurğulandı, bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Xəbər lenti

Xəbər lenti