Azərbaycan, Bakı, 20 iyul / Trend, müxbir S.Ağayeva /
İyulun 24-də Vaşinqtonda təhlükəsizlik məsələləri üzrə Azərbaycan-Amerika danışıqları keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə günü brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov başçılıq edəcək. Amerika tərəfini isə danışıqlarda ABŞ dövlət katibinin hərbi-siyasi işlər üzrə köməkçisi Endryu Şapiro təmsil edəcək.
"Bu, belə formatda keçirilən sayca 13-cü iclasdır. Danışıqların gündəliyində təhlükəsizliklə bağlı məsələlər olacaq", - Abdullayev deyib.