...

Lənkəranda otel kompleksinin təməli qoyulub (FOTO)

Siyasət Materials 31 İyul 2012 13:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərindəki Heydər Əliyev prospektində inşa olunacaq otel kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
Lənkəranda otel kompleksinin təməli qoyulub (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərindəki Heydər Əliyev prospektində inşa olunacaq otel kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlətimizin başçısı otel kompleksinin baş planını əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, 4,7 hektar ərazidə tikiləcək otelin 114 nömrəlik yeddimərtəbəli binasından əlavə, beşi VİP olmaqla 22 kottec inşa ediləcəkdir. Burada, həmçinin disko-klub, uşaq əyləncə kompleksi, 40 yerlik avtodayanacaq, 80 yerlik kafe, 300 yerlik konfrans zalı, 1400 kvadratmetrlik hovuz, park, idman meydançaları və s. yaradılacaqdır.

Kompleksin təməlini qoyan dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

Xəbər lenti

Xəbər lenti