...

İlham Əliyev 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Siyasət Materials 2 Avqust 2012 17:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimindən sonra Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
İlham Əliyev 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimindən sonra Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin və uşaq bağçalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulub.

Dövlətimizin başçısına 268 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, bağçanın binası 1989-cu ildə inşa olunub, Azərbaycan Prezidentinin tapşırığı ilə 2012-ci ildə əsaslı şəkildə yenidən qurulub. Bağçada 240 nəfərdən ibarət 12 qrup fəaliyyət göstərir.

Əsaslı təmir və yenidənqurma işlərindən sonra körpələr evi-uşaq bağçasında hər cür şərait yaradılıb. Uşaqların yataq otaqları, əyləncə yerləri, mətbəx və digər sahələr ən müasir standartlar səviyyəsində yenidən qurulub.

Körpələr evi-uşaq bağçası ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti