Azərbaycan, Bakı, 7 avqust /Trend müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin keçmiş spikeri Murtuz Ələsgərov bu gün vəfat edib.
Trend-in məlumatına görə, Ələsgərov uzun sürən xəstəlikdən sonra 84 yaşında Bakıda dünyasını dəyişib.
Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb.
1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışıb.
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb.
Kiyev Milli Universitetinin fəxri doktoru adını alıb. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvü idi. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir.
30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi.
Yeni Azərbaycan Partiyası sədrinin müavini idi.
Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.