...

Avropa Parlamentinin 16 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 29 Avqust 2012 13:24 (UTC +04:00)
Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti avqustun 30-dan sentyabrın 3-dək Azərbaycanda səfərdə olacaqlar
Avropa Parlamentinin 16 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir E.Mehdiyev/

Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti avqustun 30-dan sentyabrın 3-dək Azərbaycanda səfərdə olacaqlar.

Milli Məclisdən Trend-ə daxil olan məlumata görə, qonaqlar avqustun 31-də Baş Nazirin müavini və Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, Azərbaycan Respublikasının Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadovla, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşəcəklər.

Nümayəndə heyəti Azərbaycanın Avronest PA-da nümayəndə heyəti ilə də görüşəcəkdir.

Qonaqlar sentyabrın 1-də helikopterlə Ağdamda məcburi köçkün qəsəbəsinə, daha sonra isə Şamaxıya səfər edərək regionla yaxından tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti