...

TürkPA-nın baş katibi AQFETM-in xarici işlər nazirlərinin IV görüşündə iştirak edəcək

Siyasət Materials 10 Sentyabr 2012 15:26 (UTC +04:00)
TürkPA-nın baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) yubiley iclası və xarici işlər nazirlərinin IV görüşündə ilk dəfə olaraq müşahidəçi qismində iştirak edəcək.
TürkPA-nın baş katibi AQFETM-in xarici işlər nazirlərinin IV görüşündə iştirak edəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

TürkPA-nın baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) yubiley iclası və xarici işlər nazirlərinin IV görüşündə ilk dəfə olaraq müşahidəçi qismində iştirak edəcək.

TürkPA Katibliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfər zamanı TürkPA baş katibinin Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanovla görüşü nəzərdə tutulub. Eyni zamanda, baş katib xarici işlər nazirlərinin IV görüşündə TürkPA-nın fəaliyyəti, görülmüş işlər və gələcək layihələr barədə çıxış edəcək.

Səfərdə TürkPA baş katibini, baş katibin müavini Mels Semgaliyev və Beynəlxalq Əlaqələr Komissiyasının katibi Emin Həsənov müşayiət edəcəklər.

Xəbər lenti

Xəbər lenti