...

Bakıda ADA və Maastrixt Menecement Məktəbi arasında əməkdaşlıq barədə memorandum imzalanıb (FOTO)

Siyasət Materials 13 Sentyabr 2012 14:45 (UTC +04:00)
Cümə axşamı Bakıda Azərbaycan Diplomatik Akademiyası (ADA) və Niderlandın Maastrixt Menecement Məktəbi (Maastricht School of Management - MSM) arasında gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Bakıda ADA və Maastrixt Menecement Məktəbi arasında əməkdaşlıq barədə memorandum imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir S.Ağayeva/

Cümə axşamı Bakıda Azərbaycan Diplomatik Akademiyası (ADA) və Niderlandın Maastrixt Menecement Məktəbi (Maastricht School of Management - MSM) arasında gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, sənədi ADA-nın rektoru Hafiz Paşayev və MSM-nin dekanı Uim A.Naude imzalayıblar.

Memorandumun imzalanması bu gün Bakıda iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən Azərbaycan-Niderland biznes forumu çərçivəsində baş tutub. Niderlandın hökumət nümayəndə heyətinə Baş nazirin müavini Maksim Verhagen başçılıq edir.

Əvvəllər Niderland Beynəlxalq Menecment İnstitutu adlanan Maastrixt Menecement Məktəbi 1952-ci ildə Delfit Texnologiya İnstitutunun təşəbbüsü ilə yaradılıb. Bu, yüksək nəticələrin əldə edilməsinə yönəldilmiş beynəlxalq biznes məktəbidir. Onun məqsədi diqqəti şirkətlərin rəqabət qabiliyyətinin və inkişafının artımında menecmentin müstəsna roluna yönəltməkdir.

MSM-in tədris fəaliyyətində nəzəriyyə və praktika ahənglik təşkil edir. Şəxsi vərdişlər və hər bir dinləyicinin biliyinin inkişafına xeyli diqqət ayrılır. Belə yanaşma MSM-də tədrisi unikal edir və 125-dən artıq ölkədən dinləyiciləri cəlb edir.

Xəbər lenti

Xəbər lenti