...

İran XİN: İİR və Azərbaycan ikitərəfli münasibətlərin yaxşılaşdırılması üzərində çalışır

Siyasət Materials 18 Sentyabr 2012 12:51 (UTC +04:00)
İran İslam Respublikası (İİR) və Azərbaycanın rəsmi şəxsləri ikitərəfli münasibətlərin yaxşılaşdırılması üzərində çalışırlar.
İran XİN: İİR və Azərbaycan ikitərəfli münasibətlərin yaxşılaşdırılması üzərində çalışır

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbirlər S.İsayev, T.Cəfərov/

İran İslam Respublikası (İİR) və Azərbaycanın rəsmi şəxsləri ikitərəfli münasibətlərin yaxşılaşdırılması üzərində çalışırlar. Bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bu gün Tehranda keçirilən mətbuat konfransında deyib. Bu barədə Trend Press TV telekanalına istinadən xəbər verir.

Mehmanpərəst qeyd edib ki, bəzi qüvvələrin ikitərəfli münasibətlərə zərbə vurmaq cəhdlərinə baxmayaraq, İran-Azərbaycan əlaqələri yaxşılaşır və genişlənir.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər may ayında İrana şeir festivalında iştirak üçün gedən azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsindən sonra gərginləşmişdi. İran tərəfi onları cinayət törətməkdə günahlandırırdı.

Sentyabrın əvvəlində İran hakimiyyəti azərbaycanlı şairləri azad edib.

Xəbər lenti

Xəbər lenti