...

Azərbaycan Parlamenti Rusiyanın Ermənistanda olan hərbi bazalarını Yerevana təhvil verməsindən narahatdır

Siyasət Materials 1 Oktyabr 2012 13:42 (UTC +04:00)
Azərbaycan Rusiyanın Ermənistanda olan hərbi bazalarının Yerevana təhvil verilməsindən narahatlıq keçirir.
Azərbaycan Parlamenti Rusiyanın Ermənistanda olan hərbi bazalarını Yerevana təhvil verməsindən narahatdır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Rusiyanın Ermənistanda olan hərbi bazalarının Yerevana təhvil verilməsindən narahatlıq keçirir. Trend-in məlumatına görə, bunu parlamentin payız sessiyanın ilk iclasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

"Bununla bağlı Azərbaycanın müvafiq strukturları ilə bir neçə dəfə görüşüb məsələ qaldırmışam. Onlar da bildiriblər ki, bu məsələ araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra rəsmi reaksiya olacaq", - Əsgərov deyib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı Ermənistandakı Rusiya hərbi bazalarının rəsmi Yerevana verilməsi ilə bağlı məsələ qaldırıb. O, qeyd edib ki, Rusiyanın silahlarının Ermənistandan işğal olunmuş Dağlıq Qarabağ ərazisinə keçirilməyəcəyinə heç kim təminat verə bilməz.

"Çünki həmin hərbi bazalarda işləyənlər ermənilər özləri olacaqlar", - Rüstəmxanlı deyib.

Millət vəkili bu məsələ ilə bağlı BMT və Rusiyaya müraciət etməyin və BMT-dən buna reaksiya verilməsinin ciddi tələb olunmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti