...

Pakistanlı ekspert: Münaqişə və problemlərin həll olunmasında önəmli ünsürlər yaddan çıxır

Siyasət Materials 4 Oktyabr 2012 16:05 (UTC +04:00)
Hazırda biz çox həssas dünyada yaşayırıq və hər an hər şey dəyişilə bilər.
Pakistanlı ekspert: Münaqişə və problemlərin həll olunmasında önəmli ünsürlər yaddan çıxır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M. Əliyev/

Hazırda biz çox həssas dünyada yaşayırıq və hər an hər şey dəyişilə bilər. Trend-in məlumatına görə, bunu II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Pakistan nümayəndə heyətinin üzvü Şəhzad Vazem jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən bildirib.

"Buna terrorizmi və bir sıra münaqişələri misal göstərmək olar. Hər zaman olduğu kimi, münaqişə və problemlərin həll olunmasında önəmli ünsürlər yaddan çıxır. Problemlərin həlli məqsədilə təşkil olunan siyasi kurslarda insani dəyərlər acınacaqlı şəkildə pozulur. İnsanlar hər hansı maraq üçün istər iqtisadi-siyasi, istərsə də etnik səbəblərdən dolayı öz aralarında konfliktə girə bilərlər", - Vazem deyib.

Onun sözlərinə görə, forumun üstün cəhətlərindən biri isə mədəniyyətlərarası mövzulara toxunulmasıdır.

"Zamanın tələbinə uyğun olaraq, bu, çox önəmli xüsusiyyətdir. Hər bir siyasətin formalaşmasında bu və ya digər maraqdan çıxış etmək düzgün olmaz. Hazırda dünya ölkələri müxtəlif mədəniyyətlərin, dinin və dilin olduğunu qəbul etsə də, məsələ dialoqa gəldikdə düzgün qərar qəbul etmirlər. Bir çox hallarda etnik məsələlər ancaq kağız üzərində qalır. Biz müxtəlif mədəniyyətləri, eləcə də bir çox siyasi məsuliyyətli insanları bir araya gətirməliyik. Forumda da bu ideologiyanın həyata keçirilməsinə önəm verilib. Forumdan aldığım ən önəmli mesaj da bu oldu", - Vazem əlavə edib.

Xəbər lenti

Xəbər lenti