...

Çilinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub (FOTO)

Siyasət Materials 5 Oktyabr 2012 19:43 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Çili Parlamentinin nümayəndə heyətini qəbul edib.
Çilinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Çili Parlamentinin nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çili nümayəndə heyətini salamlayan nazir Elmar Məmmədyarov Azərbaycan və Çili arasında əlaqələrin inkişafı üşün potensialın olduğunu qeyd edib, bu baxımdan parlamentlər arasında qarşılıqlı səfərlər mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin genişlənməsi üçün yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Çili Parlamentinin nümayəndə heyəti ölkəmizə səfərindən məmnun olduqlarını diqqətə çatdırıb və Çilinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib. Nümayəndə heyəti Çili xarici işlər nazirinin məktubunu xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Öz növbəsində Məmmədyarov Çilili həmkarını ölkəmizə səfərə dəvət edib.

Görüşdə parlament diplomatiyasının rolu, iqtisadi əlaqələrin yaradılması imkanları ətafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti