...

Egemen Baxış:Türkiyə Aİ-nin ikili standartlarından narazıdır

Siyasət Materials 17 Oktyabr 2012 10:46 (UTC +04:00)
Türkiyə Avropa İttifaqının ona qarşı istifadə etdiyi ikili standartlardan narazıdır. Bu barədə Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış bəyan edib.
Egemen Baxış:Türkiyə Aİ-nin ikili standartlarından narazıdır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir R.Hafizoğlu /

Türkiyə Avropa İttifaqının ona qarşı istifadə etdiyi ikili standartlardan narazıdır. Bu barədə Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Anadolu" agentliyi yayıb.

Nazirin sözlərinə görə, Türkiyənin Aİ üzvü olması üçün müəyyən potensiala malik olmasına baxmayaraq, Avropa Ankaranı Aİ-yə buraxmır.

Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar 2005-ci ildən aparılır. Aİ üzvlərindən əksəriyyətinin dəstəyinə baxmayaraq, Fransa və Almaniya müqabilində "üstünlük verilən tərəfdaşlıq" təklif edərək onun quruma tamhüquqlu üzv olmasına inadla mane olurlar, Ankara isə bununla razılaşmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti