...

NATO Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin zabitləri üçün təlim kursu keçir

Siyasət Materials 17 Oktyabr 2012 17:14 (UTC +04:00)
Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin zabitləri üçün "Strateji qabiliyyət vasitələrinin müdafiəsində dənizdə şəraitə nəzarət amili" mövzusunda təlim kursu başlayıb.
NATO Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin zabitləri üçün təlim kursu keçir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Oktyabrın 17-də Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin zabitləri üçün "Strateji qabiliyyət vasitələrinin müdafiəsində dənizdə şəraitə nəzarət amili" mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlim kursu NATO-nun Neapoldakı Hərbi Dəniz Qüvvələri Komponent Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilir.

İki gün davam edəcək kursda NATO-nun Neapoldakı Hərbi Dəniz Qüvvələri Komandanlığının strukturu, fəaliyyətinin əsas istiqamətləri, keçirdiyi əməliyyatlar, dənizdə hava hücumundan müdafiə, suüstü və sualtı elementlərin rolu, rabitə sistemləri, dənizdə güc tətbiq etmə qaydaları kimi mövzular müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti